XezerXeber.com

free


not available



2 Oktyabr 2007-ci il tarixində Azərbaycanda sayca yeddinci milli televiziya kanalı- Xəzər televiziyası yayım həyatına başladı. “Ailənizin Xəzəri” şüarı ilə yola çıxan Xəzər televiziyası milli dəyərləri daima qorumuş, mənəviyyata, əxlaq və tərbiyəyə zidd olmayan efir anlayışını özünə fəaliyyət prinsipi seçmişdir. Rəqəmsal yayımçılıqda bir ilkə imza atan Xəzər TV öz tamaşaçılarına müasir dünya televiziyalarının texniki və dizayn imkanları ilə hazırlanmış proqramlar təqdim etmişdir.